Hər gün 100-ə yaxın Ukrayna əsgəri ölür - ABŞ mətbuatı
ABŞ-ın nüfuzlu “Vashington Post” Ukrayna cəbhəsindəki vəziyyətdən yazıb.
Globall.az modern.az-a istinadla xəbər verir ki, qəzetin yazdığına görə, ukraynalılar hələ də döyüşürlər, lakin onların döyüş sursatı tükənmək üzrədir və itkilər müharibənin ilkin mərhələlərində olduğundan xeyli çoxdur.
“İndi hər gün 100-ə yaxın Ukrayna əsgəri ölür. Ruslar da səhvlər edir və münaqişənin ilk aylarındakından daha yavaş olsa da, insan və texnika itirirlər. Onların avadanlıq çatışmazlığından əziyyət çəkdiklərinin bir əlaməti Sovet dövründən qalma yüzlərlə T-62 tanklarının anbarlardan Ukraynaya göndərilməsidir”,-deyə “Vashington Post” qeyd edib.
Oxunub: 200
Xəbəri paylaş
Paylaş: