Finlandiya İsveç olmadan NATO-ya üzv olmaqdan İMTİNA ETDİ
Finlandiya prezidenti Sauli Niiniste NATO-nun baş katibi Yens Stoltenberqə bildirib ki, Helsinki Stokholm olmadan alyansa qoşulmaqdan imtina edəcək.
Globall.az xəbər verir ki, dövlət vaşçısının sözlərinə Norveçin NRK telekanalı sitat gətirib.
“İsveçin səbəbi bizim işimizdir. Bu o deməkdir ki, biz əl-ələ verib irəliləyirik”, - Niiniste bildirib.
Daha əvvəl bildirilmişdi ki, Sauli Niiniste Türkiyənin terrorla bağlı narahatlığına təəccüblənib. O, əmin edib ki, dövlət bu məsələdə digər NATO üzvlərinin ümumi xəttinə sadiqdir.
Xatırladaq ki, iyunun əvvəlində Ankara NATO-ya sərbəst daxil olmaq üçün Stokholm və Helsinki qarşısında on şərt qoyub. Belə şərtlər ilk növbədə Türkiyədə terrorçu kimi tanınan təşkilatların üzvlərinin tutulması ilə bağlıdır. Ankara İsveç və Finlandiyanı PKK və “Hizmət” təşkilatı ilə mübarizədə ona dəstək verməyə dəvət edib.