Erməniləri Qarabağda TƏLAŞA SALAN YOL
- Azərbaycan əsgərinin ayaq səsi eşidilir ...
"Laçın dəhlizinə alternativ olaraq Azərbaycanın çəkdiyi yola münasibətdə Ermənistanda müəyyən narahatlıqlar və narazılıqlar hiss olunur. Lakin bunlar tamamilə yersiz və qəbulolunmazdır. Çünkü üçtərəfli birgə bəyanatın tələblərinə görə Laçın şəhərinin mərkəzi azad edilməlidir. Bu baxımdan Laçın dəhlizinin çəkilişi də həm üçtərəfli birgə bəyanatın müddəalarına uyğundur, həm də Azərbaycanın suveren hüquqlarından irəli gələn fəaliyyətdir".
Globall.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, həm "status" məsələsi, həm də ATƏT-in Minsk Qrupu formatında danışıqların keçirilməsi fikirləri artıq tarixə qovuşub:
"Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində gedən proseslər Azərbaycanın daxili işidir və Ermənistanın bu proseslərə qarışmaq haqqı yoxdur. Önəmli məsələ bundan ibarətdir ki, Azərbaycan 2020-ci ilin 10 noyabr tarixində imzalanmış bəyanatdan sonrakı dövrdə qarşısına qoyduğu hədəflərə doğru pillə-pillə irəliləyir. Bu da çox sevindirici məqamdır və bu proses nə qədər çətin, həssas proses olsa da Azərbaycan məqsədinə doğru irəliləməkdə davam edir. Çünkü 27 sentyabr 2020-ci ildən sonrakı proseslər geriyə dönməz xarakter alıb və Azərbaycanın dünyada tanınmış sərhədləri çərçivəsində də yekunlaşmalıdır.
Bir proses əgər başlayıbsa, onu nə dayandırmaq mümkündür, nə də hər hansısa maneələr törətmək. Ona görə də üçtərəfli birgə bəyanatın bütün maddələri implementasiya olunmalıdır, omların icrası həyata keçirilməlidir. Azərbaycanımn milli maraqları çərçivəsində bütün qarşıya qoyulan hədəflərə nail olmaq lazımdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə geridə qoyduğumuz dövrə nəzər salanda görürük ki, qarşıdakı böyük hədəflərə doğru addım-addım irəliləyirik və Laçın dəhlizinin alternativi olan Azərbaycanın inşa etdiyi yol tezliklə istifadəyə veriləcək və burada hər hansısa qaraguruhçu çıxışlara, hansısa kənar fikirlərə heç bir lüzum yoxdur, Onlar zatən siyasi gündəliyə təsir edə bilmir, çünkü siyasi gündəlik açıq-aydın şəkildə bilinir, elan olunub. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də yekun sülh müqaviləsinin imzalanması, - hazırki siyasi gündəlik bundan ibarətdir.
Ermənistanın irəli sürdüyü 6 maddəlik təklif də qəbul olunmayıb və bu baxışlar bucağı da sülh sazişinə mənfi təsir göstərən amildir. Həm "status" məsələsinin irəli sürülməsi, həm də ATƏT-in Minsk Qrupu formatında danışıqların keçirilməsi qəbulolunmazdır. Çünkü bu fikirlər artıq keçmişdə qalıb, tarixə qovuşub. Hazırda yeni prearitetlər müəyyənləşdirilib və şərtləri də Azərbaycan tərəfi diqtə edir".
Qeyd edək ki, Azərbaycanın Laçından yan keçməklə Xankəndinə yeni yol çəkməsi Ermənistanda bəzi revanşist qüvvələrin yuxusunu qarışdırıb. Artıq yeni yolun çəkilişi demək olar ki, yekunlaşmaq üzrədir. Bunu əsas tutan separatçı qüvvələr indidən yolun istifadəyə verilməsinə qarşı təbliğat aparmağa başlayıblar. İyunun 10-da Fransa meydanında keçirilən mətbuat konfransında Ermənistan parlamentinin müxalifətdən olan vitse-spikeri, Daşnaksütyun nümayəndəsi İşxan Saqatelyan bildirib ki, "Biz Laçın bölgəsini, o cümlədən bir neçə başqa kəndi də tamamilə itirəcəyik. Azərbaycan alternativ yol tikir, görünür, bu barədə Nikolla Əliyev razılaşıblar, bununla bağlı biz bugünkü Laçın yolunu itirəcəyik". "Ən əsası isə bütün kommunikasiyalarımız, yəni qaz və işıq düşmənin nəzarətinə keçəcək. Bu o deməkdir ki, biz tamamilə asılı olacağıq. Bu, növbəti sui-qəsd proqramıdır", - Saqatelyan qeyd edib.