İran 5 dəfə silkələndi
Bu gün İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Çarək limanı ətrafında güclü təkanlarla müşayiət olunan 5 ardıcıl zəlzələ qeydə alınıb.
Globall.az modern.az-a istinadla xəbər verir ki, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələlərin gücü minimum 4,2 bal, maksimum 5,2 bal olub. 5,2 bal gücündəki zəlzələnin dərinliyi 9 km olub.
Ehtimal olunan dağıntı və insan itkisi haqqında məlumat verilməyib.
Oxunub: 243
Xəbəri paylaş
Paylaş: