Dörd ölkənin lideri Ukraynada
- FOTO/VİDEO (YENİLƏNDİ)
Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts və İtaliyanın Baş naziri Mario Draqi qatarla Ukraynaya yola düşüb.
Bubarədə məlumatı İtaliyanın “RaiNews24” telekanalı yayıb.
***
Makron, Şolts və Draqi artıq Kiyevdə səfərdədirlər.
***
Rumıniya Prezidenti Klaus Yohannis də Ukraynaya səfər edib.
***
Makron, Şolts və Draqi müharibə zamanı dağıdılan İrpen şəhərinə səfər edib. Ukrayna mediası isə ölkə Prezidenti Volodimir Zelenskinin hazırda İrpendə olmadığını qeyd edib.
Buna baxmayaraq, bu gün avropalı liderlər və Zelenski arasında görüşün keçirilməsi, həmçinin görüşdən sonra mətbuat konfransının baş tutacağı gözlənilir.
***
E.Makron öz rəsmi tviter hesabında İrpendən videogörüntülər paylaşıb.
“Biz İrpendə viran edilmiş şəhər və barbarizm izləri müşahidə etdik. Həmçinin burada Kiyevə doğru hərəkət edən Rusiya ordusunun qarşısını kəsən ukraynalıların qəhrəmanlığını gördük. Ukrayna müqavimət göstərir, o qalib gəlməyi bacarmalıdır”, - deyə Makron qeyd edib. (qafqazinfo)