İkinci Dünya müharibəsinə aid sevgi məktubları tapıldı
- FOTO
İngiltərədə İkinci Dünya Müharibəsi zamanı yazılmış 20-yə yaxın sevgi məktubu tapılıb.
Globall.az modern.az-a istinadən xəbər verir ki, məktubları ingilis mühəndis satılan iqamətgaha baxış keçirərkən aşkar edib.
Riding şəhərindəki boş bir evdə tapılan məktubların bəziləri əllə, digərləri isə çap maşını ilə yazılıb. Məktublar həmin şəhərdə yaşayan Ronni Stoun və vaxtilə hava qüvvələrində xidmət etmiş Frenki Klarka aid olub.
Məlumata görə, sevgi məktubları 1942-1946-cı illərdə yazılıb. Məktubu tapan mühəndis bildirib ki, cütlük bir-birindən uzaq şəhərlərdə yaşayıblar.
"Məktubların tarixlərindən görünür ki, onlar uzun müddətdir birlikdə olmayıblar. Axtarmağa çalışdım, amma nikah şəhadətnaməsi tapa bilmədim, onların uşaqları olduğunu düşünmürəm. Qadın onu bir daha nə vaxt görəcəyini bilmədiyini deyib, bəy isə yeni ildə bir dəfə ziyarət edəcəyini bildirib”.
Məktubda cütlüyün tanışlığının təfərrüatları da yer alıb. Onlar ilk dəfə Lankaşir şəhərində tanış olublar. Son məktubda bəy onların bir daha görüşə bilməyəcəklərini qeyd edib.
“Hələlik, əzizim. Yenidən birlikdə olmağı ümid edirəm, səninlə yaşadığım günlər həyatımın ən gözəl günləri idi. Amma ola bilsin ki, yenidən görüşə bilmədik, əlvida!”