İranda spirtli içkidən ölənlərin sayı 700 nəfərə çatıb -
90 nəfər görmə qabiliyyətini itirib
İranda spirtli işçidən zəhərlənənlərin sayı kəskin artıb.
Səhiyyə Nazirliyinin sözçüsü Kiyanus Cahanpur İranda koronavirus (COVID-19) infeksiyasının aşkarlanmasından sonra ölkədə 5011 nəfərin alkoqoldan zəhərləndiyini açıqlayıb. Onlardan 700 nəfəri ölüb, 90 nəfəri isə görmə qabiliyyətini itirib.
K.Cahahpurun sözlərinə görə, spirtli içki qəbulunun virusu məhv etdiyinə inanan şəxslər COVID-19-a yoluxmamaq üçün alkoqollu içki içirlər.
Qeyd olunub ki, ötən il ölkədə spirtli içkidən zəhərlənmiş şəxslərdən cəmi 66 nəfəri ölüb./apa
Oxunub: 337
Xəbəri paylaş
Paylaş: