Ukrayna ordusu Xersonda rusların müdafiə xəttini yardı - FOTO

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində rus ordusunun birinci müdafiə xəttini yarmağa müvəffəq olub.
Globall.az baku.vs-ə istinadla xəbər verir ki, bu barədə vilayətin rəhbərinin məsləhətçisi Sergey Xlan bildirib.
Ukrayna ordusu rus qoşunlarını silah-sursatla təmin edən Yeni Kaxovkadakı bazalarına zərbələr endirib. Bundan sonra Sofiyevka və David Brod kəndləri istiqamətində əks-hücuma keçən Ukrayna ordusu rusların müdafiəsinin birinci xəttini yarıb.
Hazırda rus ordusu ikinci və üçüncü müdafiə xəttinə doğru geri çəkilərək bu istiqamətdə möhkəmlənməyə çalışır.

Oxunub: 288
Xəbəri paylaş
Paylaş: