Tacikistanda “ov”, “yev” qadağan olundu –
Soyadlarında dəyişiklik
Tacikistanda parlament soyad və ata adı üçün “ov”, “ova”, “ev”, “yev” və “oviç”, “yeviç” və “yevna” slavyan mənşəli şəkilçilərin istifadəsini qadağan edən qanuna düzəlişlər qəbul edib.
“MK” xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Müzəffər Aşuriyon bildirib.
Bundan sonra slavyan mənşəli şəkilçilər yalnız milli azlıqların nümayəndələri tərəfindən istifadə edilə bilər. Üstəlik, qadağa artıq bu cür soyad və ata adı almış ölkə vətəndaşlarına da şamil edilməyəcək.
Nazir Aşuriyon görülən tədbirlərin milli adların dirçəldilməsi üçün zəruri olduğunu qeyd edib.
2000-ci illərdə Tacikistan prezidenti Emoməli Rəhmon soyadını (Rəhmonov) dəyişdirib və həmvətənlərini soyadların fars/tacik yazısına keçməyə çağırıb. Ancaq sonralar bu tövsiyə xarakteri alıb.