Ukrayna 35 döyüşçünün cəsədini geri aldı
Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiyası Nazirliyinin məlumatına görə, Rusiya tərəfi ilə aparılan danışıqlar nəticəsində bu gün 35 döyüşçünün cəsədi geri alınıb.
Globall.az xəbər verir ki, cəsədlərin təhvil verilməsi Zaporojye vilayətində baş tutub.
Qeyd olunur ki, həlak olan ukraynalı hərbçilərin cəsədlərinin qaytarılması prosesi Cenevrə Konvensiyasının normalarına uyğun olaraq davam edir.
İyunun 14-də “Azovstal”ın həlak olmuş 64 döyüşçünün cəsədi Ukraynaya təhvil verilib. Həmin mübadilə də Zaporojye vilayətində baş tutub. Beləliklə, Rusiya ümumilikdə 282 cəsədi Ukraynaya təhvil verib. Onların müəyyən edilməsi üçün yaxınları DNT müayinəsindən keçməlidirlər. Cəsədlərin vəziyyəti elədir ki, tanınması aylar çəkəcək. (modern.az)