Bu ölkədə DƏHŞƏTLİ ZƏLZƏLƏ:
ölənlərin sayı 1000-i ötdü (YENİLƏNDİ)
Əfqanıstanın Paktika əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 000-i ötüb.
Globall.az report-a istinadən xəbər verir ki, bu barədə əyalətin mədəniyyət və informasiya idarəsinin rəisi Amin Huzayfa bildirib.
Onun sözlərinə görə, yaralıların sayı 1 500 nəfərə yüksəlib, bir çox kəndlər məhv olub.
xxx
Əfqanıstanın şərqində yerləşən Paktika əyalətində 5,8 bal gücündə zəlzələ olub.
Globall.az "Report"a istinadən xəbər verir ki, yeraltı təkanlar nəticəsində azı 255 nəfər ölüb, 150 nəfər xəsarət alıb.
Lakin hadisə ilə bağlı məlumat qıtlığı var.
Eyni zamanda, "Baxtar" xəbər agentliyi xilasedicilərin bölgəyə helikopter vasitəsilə daşındığını açıqlayıb.
Qeyd edək ki, daha öncə ABŞ-ın "The Washington Post" qəzeti zəlzələdə 155 nəfərin öldüyünü yazıb.