Bu şəxslər 1000 manat cərimə olunacaq
Globall.az xəbər verir ki, bununla bağlı Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində nəzərdə tutulub.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələri və ya digər şəxslər tərəfindən donor orqanların hazırlanması, saxlanılması, daşınması, idxalı və ixracına görə vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə hüquqi şəxslər 7000 manatdan 10000 manatadək məbləğdə cərimə ediləcək.
Qanun layihəsi səsə qoyulub və üçüncü oxunuşda qəbul edilib. (modern.az)