Bu şəxslər ƏDV-dən AZAD EDİLƏCƏK
Milli Məclis Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini birinci oxunuşda müzakirəyə çıxarıb.
Globall.az xəbər verir ki, layihə haqqında deputatlara İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
Komitə sədri deyib ki, layihəyə iki dəyişiklik təklif olunur:“Ölkəmizdə kənd təsərrüfatı sahəsində inkişaf baytarlıq xidmətinə ehtiyac yaradır. Biz özəl baytarlıq xidmətini inkişaf etdirməliyik. Bu dəyişiklik baytarlıq xidmətini əlavə dəyər vergisindən azad etməyi nəzərdə tutur. İkinci dəyişiklik baytar həkimlərin sadələşdirilmiş vergidən istifadəsini nəzərdə tutur”.
Oxunub: 228
Xəbəri paylaş
Paylaş: