Məhkəmədə İNSİDENT:
hakimlə vəkil əlbəyaxa davay çıxdı
Kəlbəcər Rayon Məhkəməsinin sədri, hakim Həsən Qəniyevlə Gəncə ASAN Vəkil Bürosunun vəkili Natiq Əliyev arasında insident baş verib.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, hadisə məhkəmə iclasında qətnamənin elan edilməsindən sonra baş verib. Belə ki, vəkil prosesin tam şəkildə məhkəmə iclas protokoluna qeyd edilməsini tələb edib. Bundan sonra hakim vəkili təhqir edib, hətta insident əlbəyaxa dava səviyyəsinə keçib.
Məsələ ilə bağlı Məhkəmə-Hüquq Şurasına və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına müraciət edilib.
Hadisənin tam təfərrüatı məlum deyil.
Oxunub: 478
Xəbəri paylaş
Paylaş: