Siyasi partiya rəhbərləri Zəngilana getdi
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloq Zəngilan rayonunda səfərdədir.
Onlar rayonda aparılan bərpa-quruculuq layihələri ilə yaxından tanış olacaqlar.
Həmçinin iştirakçılara “Böyük qayıdış”ın rəmzi olan “Ağıllı kənd” və “Yaşıl enerji” layihələri çərçivəsində görülmüş işlərlə bağlı geniş məlumat veriləcək.
Daha sonra partiya sədrləri Bəsitçay Dövlət Təbiət Qoruğunu da ziyarət edəcəklər. (report)
xxx
Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloq iyunun 24-də Zəngilana səfər ediblər.
Globall.az xəbər verir ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə həyata keçirilən səfərin məqsədi Zəngilan rayonunda aparılan bərpa-quruculuq layihələri ilə yaxından tanış olmaqdır.
Sayca 4-cü olan birgə səfərin ünvanı Zəngilan rayonudur. Təşkil olunan səfərdə 40 siyasi partiyanın 46 nümayəndəsi, həmçinin 6 tanınmış politoloq, siyasi şərhçi və 19 jurnalist də iştirak edir.