Son sutkada 620 ukraynalı döyüşçü öldürülüb
Rusiyanın hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus daha iki Su-25 təyyarəsini vurub.
Globall.az xəbər verir ki, bu gün Rusiya Müdafiə Nazirliyi yayıb.
"Rusiyanın hava hücumundan müdafiə sistemləri son sutka ərzində Xarkov vilayətinin Dolqenkoe rayonunda və Nikolayev vilayətinin Vısokopolisində iki Su-25 təyyarəsini məhv edib", - məlumatda deyilir.
Bundan əlavə, ruslar Ukraynaya məxsus 5 pilotsuz uçuş aparatı, həmçinin 5 ədəd “Toçka-U” taktiki raketini də vurduqlarını bildiriblər.
Eyni zamanda, iddia olunub ki, son sutkada Ukraynanın 620-dən çox döyüşçüsü, 19 tankı və digər zirehli texnikası məhv edilib.
Oxunub: 245
Xəbəri paylaş
Paylaş: