Ruslar Ukraynanın bu şəhərini tamamilə işğal etdi
Rusiya qoşunları Luqansk vilayətində Qorskoye şəhərini tamamilə işğal edib.
Globall.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Qorskaya icmasının hərbi administrasiyasının rəhbəri Aleksey Babçenko bildirib.
Onun sözlərinə görə, işğalçılar şəhərə iki istiqamətdən daxil olublar.
Aleksey Babçenko işğal zonasında 4000-ə qədər yerli sakinin qaldığını vurğulayıb.
“Şəhərddəki vəziyyətə gəlincə, davamlı atəşə tutulub, kritik infrastruktur tamamilə məhv edilib, evlərə təxminən 60% ziyan dəyib", - Babçenko bildirib.
Oxunub: 290
Xəbəri paylaş
Paylaş: