Magistraturaya sənəd verənlərə VACİB XƏBƏR
Jurnalda həmçinin, “Bakalavrın elektron әrizәsi”ndә ixtisaslaşmaların seçimi vә tәsdiqi üçün tәlimat, elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunub.
Bakalavrların nəzərinə çatdırılır ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda – Azərbaycan dilində dərc edilib.
Qeyd edək ki, magistraturaya qəbul üçün ixtisaslaşma seçimi 29 iyun – 5 iyul tarixlərində aparılacaq.