İndi də Bəhram deputatı lağa qoydu
- VİDEO
Xəbər verdiyimiz kimi "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Azərbaycanın Əməkdar artisti Tahir İmanov deputat Fəzail Ağamalının "İmkan edib, təzə meyvələrdən ala bilmədim" açıqlamasına ironik yanaşıb.
Bundan sonra T.İmanovun həmkarı, aktyor Bəhram Bağırzadə də bənzər video çəkib.
Sosial şəbəkə hesabında qarşısındakı boşqaba bir gilas qoyaraq onu bahalı yemək kimi yeməyə başlayıb. Bu zaman çəngəl-bıçaqdan istifadə edən aktyorun fonda qoyduğu mahnı da diqqət çəkib. B.Bağırzadə videoya “Saboun xeyir” başlığını yazaraq gülüş işarələri qoyub.
Oxunub: 367
Xəbəri paylaş
Paylaş: