Şuşa teatrı 73 ildən sonra doğma evində tamaşa nümayiş etdirəcək
Şuşa Dövlət Musiqili Dram Teatrı 1949-cu ilin əvvəllərində fəaliyyətini dayandırıb. Yerli həvəskarlar dram dərnəyində, daha sonralar Xalq teatrında fəaliyyətlərini davam etdiriblər.
Azərbaycan Nazirlər Kabineti 1990-cı il 11 may tarixində mədəniyyət ocağının bərpa olunması barədə qərar verib. Mədəniyyət Nazirliyi 1992-ci il mayın 25-də Şuşa Dövlət Musiqili Dram Teatrını bərpa edib.
1992-ci ilin mayın 8-də erməni quldurları Şuşa şəhərini işğal edəndən sonra teatr Bakıda - Gənc Tamaşaçılar Teatrının binasında məskunlaşıb.
Teatr 1993-cü il fevralın 13-də Bakıda ilk tamaşası olan Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili əsərini səhnəyə qoyub.
Şuşa teatrı hazırda Bakıdakı "Savalan" kinoteatrının binasında fəaliyyət göstərir.