İntihar edən həkimlə bağlı SENSASSİYALI FAKTLAR:
"Əri içib, ona şəkil atmışdı"
Xalidə Kəngərlinin həkim yoldaşları da intiharla bağlı yeni məlumatlar veriblər.
Cərrah Rəşid Əliyevin sözlərinə görə, mərhum həkim pozitiv insan olub, kiminləsə intriqası olmayıb:
"Hamıyla mehriban olub. Bu dəqiqə bütün klinikadakılar kədərlidir. Həkimlər mat qalıb ki, bu necə olan bir işdir".
Rəşid həkim Xalidə Kəngərlinin uzun çəkən ailə problemlərinin olduğunu, həyat yoldaşı ilə boşanmaq ərəfəsində olduqlarını deyib:
"Həmin gün həyat yoldaşı içib ona şəkil atıb. Sonra da deyib ki, evdəyəm, səni gözləyirəm. Xalidə evə gedəndən 1-2 saat sonra bu xəbər gəldi".
Digər həkim yoldaşı Ləman Əsgərova Xalidə Kəngərlinin psixoloji cəhətdən tam sağlam olduğunu bildirib: "Mən iki ay idi onu tanıyırdım. Pozitiv insan idi, ailəsin sevən biri idi. Ailə münaqişəsi olub".(Cebhe.info)
xxx
Bakıda baş verən intihar hadisəsi barədə bəzi detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, ginekoloq-həkim Xalidə Kəngərlinin həyat yoldaşının psixoloji problemləri olub.
O, 10 ilə yaxındır ki, evdə qapalı şəraitdə qalırmış. Evin bütün yükü həkimin çiyinlərində imiş.
X.Kəngərlinin iki övladı var. Onu tanıyanlar pozitiv, həyat dolu olduğunu və intihar etməsinə inanmadıqlarını bildiriblər.
Qonşuların dediyinə görə, hadisədən sonra həkimin iki qardaşı onun həyat yoldaşını döyüb.
Həkim bu gün dəfn olunub.
xxx
Azərbaycanın tanınmış ginekoloqu Xalidə Kəngərlinin intihar səbəbi ilə bağlı sensasiyalı iddialar səsləndirilir.
Publika.az-a daxil olan məlumatda bildirilir ki, X.Kəngərli daha öncə 2 dəfə ailə qurub.
Hazırkı isə onun 3-cü evliliyidir. Mediada və sosial şəbəkədə yazılanların əksinə olaraq, onun ailəsi ilə hər hansı mübahisəsinin olmadığı bildirilib.
Hətta intihar etdiyi gün ailədə xüsusi mehribanlıq olub. Həyat yoldaşının psixoloji problemləri haqda iddialarında heç bir əsası yoxdur. İntiharın səbəbi kimi X.Kəngərlinin ailədənkənar şəxsi münasibətlərində yaranan gərginlik göstərilir.
Mərhum həkimin qəfil qərar verməyə meyilli olduğu da iddialar arasındadır. Hazırda istintaq gedir və müstəntiqlər bütün versiyaları incələyirlər.
Qeyd edək ki, X.Kəngərlinin 2 azyaşlı övladı var. O, bu gün Hövsan qəbiristanlığında dəfn olunub.