Azərbaycanda istedadlı gəncin icad etdiyi velo-maşın hər kəsi heyrətləndirdi
- VİDEO
Şəkidə yeniyetmənin icad etdiyi nəqliyyat vasitəsi eşidən hər kəsin marağına səbəb olur. 10-cu sinif şagirdi velosiped kimi idarə olunan, amma avtomobil kimi sükanı, dörd təkəri olan nəqliyyat vasitəsi hazırlayıb.Globall.az xəbər verir ki, onun hazırladığı nəqliyyat vasitəsi velo-maşın adlandırılır. Bu nəqliyyat vasitəsini həm də benzinlə işlətmək mümkündür.İcadın müəllifi Şəkinin Oxut kənd orta məktəbinin 10-cu sinif şagirdi Fuad Mustafazadədir. O, bu günə kimi bir çox texniki vasitələr icad edib. Yeni icadı olan velo-maşını hazırlamaq üçün 500 AZN xərcləyib.Ətraflı ATV-nin hazırladığı videomaterialda izləyə bilərsiniz:
Oxunub: 401
Xəbəri paylaş
Paylaş: