Anar Kərimov tanınmış jurnalistə VƏZİFƏ VERDİ
- FOTO
Seymur Vəliyevi kollektivə İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Teatr sektorunun müdiri Könül Cəfərova və həmin sektorun məsləhətçisi Günay Hümbətova təqdim edib.
Seymur Elsevər 1970-ci ildə Bərdə rayonunda anadan olub. 1992-ci ildə Bakı Mədəni-Maarif Texnikumunu rejissor, 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) teatrşünaslıq ixtisasları üzrə bitirib.
Eyni zamanda müxtəlif mətbuat və teleradio qurumlarında jurnalist kimi fəaliyyət göstərib. Mədəniyyət və incəsənətin bir çox sahələri, o cümlədən teatr sənəti ilə bağlı yüzlərlə məqalə, resenziya, oçerk, müsahibə, portret yazıları, ssenari və verilişlərin müəllifidir.
ADMİU-da ədəbi iş və ekran dramaturgiyası, kino tənqidi, kino tarixi və s. fənləri tədris edib. “Media açarı” və “Qızıl qələm” mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin və Teatr Xadimləri İttifaqının üzvüdür.