Bakıda DƏHŞƏT: Evdə 7 nəfər yandı, əkiz körpə bacılar öldü
(YENİLƏNDİ)
Hadisə zamanı ailənin iki əkiz uşağı, 2021-ci il təvəllüdlü Fatimə və Zəhra Abbasovalar dünyasını dəyişiblər.
Həmçinin 3 yaşlı Zərifə Abbasova, 2 yaşlı Atilla Abbasov, ana Hamiyə Abbasova, ata Rövşən Abbasov, baba Qafar Abbasov yaralanaraq yanıq mərkəzinə yerləşdiriblər. (lent.az)
***
Bakının Sabunçu rayonunda evdə baş verən yanğında yaralananlar yanıq mərkəzinə yerləşdirilib.
Bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, yaralılar hazırda müayinə olunur:
"Yaralılardan 5 nəfər Yanıq mərkəzindədir. Onlardan 3-ü uşaq, bir ana və bir atadır. Bir körpə isə xəstəxanaya çatdırılmamış dünyasını dəyişib.
***
Bakıda dəhşətli yanğın olub.
Hadisə bu gün səhər Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb. Fərdi yaşayış evində baş verən yanğın nəticəsində 1 yaşı tamam olmamış körpə ölüb. Ailənin 5 üzvü isə yanıq xəsarəti alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.