"Deyirlər ki, kəsdiyi başa zaval yoxdur" - Deputatdan təhsil idarəsinə SƏRT İTTİHAM

“Azərbaycan məktəblərini əsl poliqona çevriblər. Uşaqlarla "Georgi lenti" tədbirindən sonra dini mahnıların oxudulması gəldi. Nazirlik Bakı şəhəri 164 nömrəli məktəbin direktorunu alqışladı.”
Globall.az xəbər verir ki, bu sözləri deputat Etibar Əliyev öz “Facebook” səhifəsində yazıb.
Paylaşımda bildirilir: “Yevlax şəhər 1 nömrəli məktəbin direktoruna isə töhmət verildi. Bunlar təsadüfən qeydə alınanlardır. Məktəbə yaraşmayan hərəkətlərin sayı-hesabı yoxdur. Məktəb monopolistlərinin hər biri öz direktorunu qoruyur”.
Etibar Əliyev Bakı Şəhər Təhsil İdarəsini də günahlandırıb: “Bakı məktəb direktorlarının bildirdiyi kimi bir məktəb monopolisti də var, lakin onu gizlədirlər. O, BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadədir. Yuxarıdakı dostlarına arxalanaraq idarə içində idarə yaradıb. Bağça monopoliyası da ona verilib. Deyirlər ki, kəsdiyi başa zaval yoxdur. Direktor təyinatı məsələsini anındaca həll edir. Fuad Babayevlə rəqabətdə irəli də keçə bilib. Məktəbi dağıdanlardan qoruyaq!”
Qeyd edək ki, deputatın ittihamı ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu göndərilib. Sorğu cavablandırıldıqda sizinlə bölüşəcəyik.

Oxunub: 280
Xəbəri paylaş
Paylaş: