Ukrayna Suriya ilə diplomatik əlaqələri kəsib
Suriya rəsmi şəkildə "Donetsk" və "Luqansk" regionlarının "müstəqilliyini" tanıdığı üçün Ukrayna bu ölkə ilə diplomatik əlaqələri dayandırıb.
Globalla.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə məlumat verib.
Dövlət başçısı həmçinin Dəməşqin qərarını əhəmiyyətiz hadisə adlandırıb.
Oxunub: 289
Xəbəri paylaş
Paylaş: