Rusların İlan adasından çıxdığı təsdiqləndi
(YENİLƏNDİ)
Rusiya ordusu Ukraynanın İlan adasından geri çəkildiyini təsdiqləyib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
"Bu gün xoşməramlı addım olaraq rusiyalı hərbçilər İlan adasında döyüş tapşırıqlarının icrasını başa çatdırıb və orda yerləşən qarnizonu adanı tərk edib", - məlumatda bildirilib. (modern.az)
xxx
Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib.
Globall.az xəbər verir ki, bu barədə Ukraynanın “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.
“Gecə saatlarında raket və artilleriya bölmələrimizin uğurlu hərbi əməliyyatı nəticəsində düşmən iki sürətli qayıqla qarnizonun qalıqlarını tələm-tələsik təxliyə edib və ehtimal ki, adanı tərk edib. Hazırda adada yanğındır və partlayış səsləri eşidilir. Əməliyyatın yekun nəticələri araşdırılır”, - komandanlıq bildirib.