Ukraynanın ruslarla bağlı qərarı QÜVVƏYƏ MİNDİ
İyulun 1-dən Ukrayna ərazisinə girən Rusiya vətəndaşlarına viza rejimi tətbiq ediləcək.
Globall.az xəbər verir ki, Ukrayna Nazirlər Kabinetinin iyunun 17-də Rusiya Federasiyasının vətəndaşlarına viza rejiminin tətbiq edilməsi barədə qərarı bu gündən qüvvəyə minib.
"Biz, nəhayət Rusiya ilə əlaqələri kəsirik. Dövlətimizin milli təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə misli görünməmiş təhdidlərə qarşı çıxmaq üçün hökumət Ukrayna Prezidentinin göstərişlərini yerinə yetirərək yalnız Rusiya Federasiyası ilə vizasız rejimə dair müqaviləni ləğv etdi”,- deyə Ukraynanın Baş naziri Denis Şmıqal mətbuata açıqlamasında bildirib. (modern.az)
Oxunub: 295
Xəbəri paylaş
Paylaş: