Rusiyaya qarşı 7-ci sanksiyalar paketi hazırlanır
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümyəndəsi Cozep Borrell arasında telefon danışığı olub.
Globall.az xəbər verir ki, bu barədə Dmitri Kuleba "Twitter" hesabında bildirib.
Onun sözlərinə görə, tərəflər Ukraynanın Aİ-yə namizəd ölkə olduqdan sonra gələcək addımları və G20 ölkələrinin xarici işlər nazirləri toplantısı öncəsi əlaqələndirilmiş mövqeləri müzakirə ediblər.
"Hər ikimiz Aİ-nin Rusiyaya qarşı yeddinci sanksiya paketinin zəruriliyi barədə razıyıq və bunun üzərində işləyirik", Kuleba qeyd edib.
Oxunub: 285
Xəbəri paylaş
Paylaş: