Azərbaycanda ŞOK HADİSƏ: 80 yaşlı ərini əvvəl döydü, sonra da ütü ilə yandırdı
Bərdədə 80 yaşlı kişini həyat yoldaşı ütü ilə yandırıb. Hadisə rayonun Gərənə kəndində baş verib.
Yaxınlarının Day.Az-ın yerli müxbirinə verdiyi məlumata görə, Səfərov Hidayət Hüseyin oğlu həyat yoldaşı Cəfərova Serbiya Kərim qızı tərəfindən döyülüb. Daha sonra halsız vəziyyətdə olan H.Səfərov həyat yoldaşı tərəfindən bədənin müxtəlif yerlərindən ütü ilə yandırılıb.
H.Səfərov Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 328
Xəbəri paylaş
Paylaş: