Bu gün "Qarabağ" Çempionlar Liqasında ilk matçına çıxacaq

Bu gün ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” yeni mövsümdə ilk matçına çıxacaq.
Globall.az xəbər verir ki, Qurban Qurbanovun komandası qitənin bir nömrəli yarışının 1-ci təsnifat mərhələsində Polşa “Lex”i ilə qarşılaşacaq.
“Köhlən atlar” “Lex”lə ilk matçını Polşada keçirəcək. Qarşılaşma 22:00-da start götürəcək.
Komandaların cavab matçı bir həftə sonra Bakıda baş tutacaq.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun
5 iyul
22:00. Lex - Qarabağ
Hakimlər: Xose Luis Munuera, Pau Sebrian Devis, Antonio Ramon Martines Moreno, Xorxe Figeroa Vaskes (hamısı İspaniya).
Polşa, Poznan.
Oxunub: 410
Xəbəri paylaş
Paylaş: