Xəzəri Aral dənizinin aqibəti gözləyir

"Tədqiqatlar göstərir ki, 100 il əvvəl Xəzərin səviyyəsi indikinə nisbətən 2 m yüksək olub".
Globall.az xəbər verir ki, bunu AMEA-nın akademiki Fəxrəddin Qədirov "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Akademik qeyd edib ki, 2005-ci ildən etibarən, hər il səviyyə 10 sm enir: "XX əsrin 30-cu illərində səviyyə 1.5 m aşağı enib, 1978-1995-ci illər arasında 2.7 m yüksəlmə baş verib. 2005-ci ildən başlayaraq isə ildə səviyyə 10 sm enməkdədir. Bu dəyişmə 25-30 il davam edərsə, Xəzərin şimal-şərq hissəsi Aral dənizinin aqibəti ilə rastlaşa bilər".
Fəxrəddin Qədirov vurğulayıb ki, Xəzər dənizinin səviyyə dəyişmələrində müəyyən zaman intervallarında trendlər müşahidə olunsa da, bunların üzərində fluktuasiya dəyişmələri də müşahidə edilir.
Oxunub: 205
Xəbəri paylaş
Paylaş: