Bakı metrosunda əlində balta ilə gəzən şəxs qorxu saçır
- VİDEO
Bakı metrosunda əlibaltalı şəxs peyda olub.
Globall.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Belə ki, əlində sellofana bükülmüş balta ilə gəzən şəxs cinsi azlıqları hədələyir.
O qeyd edir ki, əgər qarşısına belə bir şəxs çıxsa, baltalayacaq.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Modern.az-a sorğusuna cavab olaraq, sözügedən videodan xəbərdar olduqlarını bildirib. DİN rəsmisi görüntülərlə bağlı araşdırmalara başlandığını qeyd edib.
Oxunub: 303
Xəbəri paylaş
Paylaş: