Daha bir hakimin səlahiyyətlərinə xitam verilir

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.
Globall.az E-huquq.az-a istinadən xəbər verir ki, iclasda Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı məsələyə baxılıb.
İclasda, həmçinin “Yol hərəkəti haqqında”, “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə layihə müzakirə edilib.
Sözügedən layihələr qəbul edilərək, Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Oxunub: 290
Xəbəri paylaş
Paylaş: