Gürcüstanın birinci prezidentinin oğlu vuruldu – Qamsaxurdiyanın oğlu xəstəxanaya yerləşdirildi

Hadisə Tbilisinin Vera rayonunda baş verib.
Məlumata görə, Tsotne Qamsaxurdiyanın vəziyyəti ağırdır.
Bu barədə T.Qamsaxurdiyanın qardaşı Konstantin Qamsaxurdiya bildirib.
O deyib ki, qardaşına sinə nahiyəsindən xəsarət yetirilib və hazırda təcili əməliyyat olunur.
Yerli mətbuatın yazdığına görə, T.Qamsaxurdiya soyuq silahla yaralanıb. Ona keçmiş qonşusu David Bacelidzenin xəsarət yetirdiyi bildirilir. 2009-cu ildə T.Qamsaxurdiya D.Bacelidzeni yaraladığına görə saxlanılıb.
Faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi üzrə istintaq başlanılıb/Report.
Oxunub: 364
Xəbəri paylaş
Paylaş: