Təhsil Nazirliyindən müəllimləri aldadan şirkətlərə XƏBƏRDARLIQ

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu və sertifikasiya prosesi ilə bağlı heç bir şirkət və ya tədris mərkəzi ilə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.
Globall.az xəbər verir ki, bu bu barədə nazirlikdən məlumat verilib.
Qeyd edilib ki, vətəndaşlara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd müəllimlərin işə qəbulu və sertifikasiya prosedurları çərçivəsində Təhsil Nazirliyi heç bir rol oynamır.
Belə hallarla qarşılaşan vətəndaşlardan Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-3 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron (//edu.gov.az/az/contact_us) və rəsmi "Whatsapp" xidmətinə (0512067848) müraciət etmələri xahiş olunur.
Oxunub: 316
Xəbəri paylaş
Paylaş: