Türkiyə İsveçlə Finlandiyadan PKK və FETÖ üzvlərini TƏLƏB ETDİ
Türkiyə İsveç və Finlandiyaya qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) və islam təbliğçisi Fətullah Gülənin təşkilatı (FETÖ) üzvlərinin ekstradisiyası üçün yazılı tələb göndərib.
“TRT Haber” ədliyyə naziri Bəkir Bozdağa istinadən “İsveç və Finlandiyaya PKK və FETÖ terrorçularının ekstradisiya tələblərini xatırladan məktub göndərilib” xəbərini yayıb.
Xatırladaq ki, ötən həftə Madriddə keçirilən NATO sammiti ərəfəsində İsveç, Finlandiya və Türkiyə təhlükəsizlik memorandumu imzalayıblar. Ölkələr terrorizmlə mübarizədə əməkdaşlığı gücləndirmək, o cümlədən Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı tədbirlər, məlumat mübadiləsi və ekstradisiya sazişi barədə razılığa gəliblər. Türkiyə daha əvvəl Stokholm və Helsinkinin PKK-ya dəstəyi ilə bağlı şübhələrini ifadə edərək, İsveç, Finlandiyanın NATO-ya üzvlük prosesinin başlanmasını gecikdirmişdi.