Türkiyənin keçmiş xarici işlər naziri vəfat etdi

Türkiyənin keçmiş xarici işlər naziri İlter Türkmen vəfat edib.
Globall.az xəbər verir ki, bu barədə Türkiyə XİN rəsmi məlumat yayıb.
Qeyd edək ki, İlter Türkmen 1980-ci ildə Saim Bülend Ulusunun hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışıb. 1983-cü ildə Türkiyənin BMT-nin Cenevrədəki, 1985-ci ildə Nyu-Yorkdakı ofisində daimi nümayəndəsi olub. Yunanıstan, keçmiş SSRİ, Fransa və digər ölkələrdə səfir kimi fəaliyyət göstərib. Eyni zamanda 1991-1996-cı illərdə BMT Baş katibinin müavini vəzifəsində çalışıb.
Oxunub: 362
Xəbəri paylaş
Paylaş: