Zelenski ukraynalılara mühüm xahişlə MÜRACİƏT ETDİ
Ukrayna Prezidenti Vladimir Zelenski vətəndaşları mümkünsə, işğal olunmuş ərazilərdə Ukrayna Silahlı Qüvvələrinin uğurları haqqında məlumat yaymağa çağırıb .
Globall.az xəbər verir ki, bu barədə o, videomüraciətində bildirib .
"Bu gün geniş ictimaiyyətə məlum olub ki, ölkəmizin cənubunda, işğal altında olan ərazilərdə sosial şəbəkələrə, messencerlərə və “Youtube”a giriş bağlanıb. Rusiya qüvvələri insanların baş verənlər və getdikcə artırdığımız potensialımız haqqında həqiqəti bilməsi üçün istənilən fürsəti əngəlləyib", - prezidebt bildirib.
Zelenski vurğulayıb ki, Ukrayna qüvvələri hazırda bir neçə taktiki istiqamətdə, o cümlədən cənubda - Xerson və Zaporojye vilayətlərində irəliləyir: "Biz öz torpağımızdan əl çəkməyəcəyik - Ukraynanın bütün suveren ərazisi Ukrayna olacaq. İnsanlar bu barədə bilməlidirlər. Odur ki, əgər əyalətimizin cənubundakı insanlarla - Xerson, Geniçesk, Berdyansk, Melitopol və digər şəhər və kəndlərlə söhbət etmək imkanınız varsa, zəhmət olmasa, orada həqiqəti yayın. İşğal olunmuş ərazilərdəki insanlara onları xatırladığımızı və onlar üçün mübarizə apardığımızı bildirmək üçün hər fürsətdən istifadə edin".
Onun sözlərinə görə, Ukrayna bütün cənubu və bütün Ukrayna Donbası üçün mübarizə aparır.
"İndi ən amansız qarşıdurma Slavyansk və Baxmut yaxınlığındadır. Biz Xarkov vilayəti üçün vuruşuruq. Qoy işğalçılar düşünməsinlər ki, onların bu yer üzündəki vaxtı uzun, artilleriyasının üstünlüyü isə əbədidir", - dövlət başçısı bildirib.
Zelenski həmçinin bildirib ki, Qərb artilleriyasının köməyi ilə Ukrayna hərbçiləri işğalçıların anbarlarına və mühüm logistika məntəqələrinə ciddi zərbələr endirirlər. (publika.az)