Conson: “Britaniya Ukraynaya dəstəyi davam etdirəcək”
Böyük Britaniyanın by gün istefa verən baş naziri Boris Conson bildirib ki, hökumət bundan sonra da Ukrayna xalqına dəstəyini davam etdirəcək.
Globall.az modern.az-a istinadən xəbər verir ki, Conson bunu Dauninq-stritdəki rəsmi iqamətgahında bildirib.
“İcazə verin, indi Ukrayna xalqına deyim: Böyük Britaniya sizin azadlıq mübarizənizi nə qədər lazımdırsa, dəstəkləməyə davam edəcəyik”, - Conson deyib.
Onun sözlərinə görə, dünyanın ən yaxşı işini tərk etdiyi üçün kədərlənir. Eyni zamanda o, Mühafizəkarlar Partiyasının gələcək liderini və Britaniya hökumətinin başçısını dəstəkləyəcəyini vəd edib.
Bundan əvvəl Boris Conson britaniyalılara müraciət edərək, baş nazir və mühafizəkarların lideri postunu tərk etmək qərarını açıqlamışdı. Siyasətçinin sözlərinə görə, o, anlayır ki, Mühafizəkarlar Partiyasının yeni lideri seçmək vaxtı çatıb.
Onun Mühafizəkarlar Partiyasının yeni lideri seçilənə qədər fəaliyyət göstərəcəyi qeyd edilir.