Sabiq baş nazir çıxış edərkən güllələndi - ANBAAN VİDEO

Yaponiya mediasında Ş.Abenin güllələnməsi və ona hücum edən şəxsin saxlanılması anını əks etdirən görüntülər yayılıb.
Məlum olub ki, sabiq Baş nazirə atəş açan şəxs 41 yaşlı keçmiş dənizçi Teçuya Yamaqami olub. Polis bölməsinə aparılan Yamaqami hazırda dindirilir. Onun Ş.Abeyə hansı səbəbdən atəş açması barədə hələ ki məlumat verilməyib. Bununla belə, Yamaqaminin əldəqayırma odlu silahdan atəş açdığı bəlli olub.


xxx
Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe silahlı hücuma məruz qalıb.
Bu barədə “Bloomberg” xəbər verir.
Hadisə Nara şəhərində, sabiq nazirin kütlə qarşısında çıxışı zamanı qeydə alınıb.
Məlumata görə, diplomat ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, hücum edən şəxs isə saxlanılıb. Onun iki dəfə atəş açdığı bildirilir.
Qeyd edək ki, Şinzo Abe iki dəfə sözügedən vəzifədə çalışıb. Bu, 2006-2007-ci və 2012-2020-ci illərə təsadüf edir.

Oxunub: 279
Xəbəri paylaş
Paylaş: