DİN-dən aksiya XƏBƏRDARLIĞI: Qarşısı alınacaq

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti iyulun 13-də bir qrup şəxsin Nazirlər Kabinetinin önündə aksiya keçirmək barədə çağırışlarına münasibət bildirib.
DİN-dən Globall.az-a verilən məlumata görə, icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir.
Qeyd edilib ki, ona görə də belə bir cəhd olarsa onun qarşısı alınacaq: "Bu zaman baş verə biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcək".
Oxunub: 287
Xəbəri paylaş
Paylaş: