Bakıya təyinat alan türkmən səfir həkim imiş...
- DOSYE
Türkmənistan Azərbaycana yeni səfir təyin edib. Bununla bağlı Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov fərman imzalayıb. Fərmana əsasən, Qurbanmamet Elyasov Azərbaycana səfir təyin olunub.
Yeni səfir kimdir?
Bakıya təyinat alan səfir ixtisasca həkimdir. Azərbaycana səfir təyin olunmamışdan əvvəl Türkmənistanın Yaponiyadakı, eləcə də Filippindəki səfiri olub. O, 2010-2013-cü illərdə Türkmənistanın səhiyyə və tibb sənayesi naziri vəzifəsində çalışıb.
Diplomat 1983-cü ilə qədər Türkmən Dövlət Tibb İnstitutunda təhsil alıb.
1983-1995-ci illərdə Nebit-Dağ xəstəxanalarında həkim işləyib. 1995-2001-ci illərdə həmin şəhərlərdə diaqnostika mərkəzlərinə rəhbərlik edib. Daha sonra 2001-2007-ci illərdə Türkmənistan Tibbi-Məsləhət Mərkəzinin direktoru vəzifəsində çalışıb.
2007-2009-cu illərdə səhiyyə və tibb sənayesi nazirinin müavini olub.
2009-2010-cu illərdə Türkmənistanın İdman və Turizm üzrə Dövlət Komitəsinə rəhbərlik edib. 2010-2013-cü illərdə Türkmənistanın səhiyyə və tibb sənayesi naziri vəzifəsində çalışıb.
O, 2013-cü ilin oktyabrında Türkmənistanın Yaponiyadakı səfiri təyin edilib, 2019-cu ilin yanvarından həm də Türkmənistanın Filippindəki səfiri olub.
Ailəlidir, iki oğlu var. (modern.az)