Gürcüstanı 8 il təmin edəcək təbii qaz yatağı tapıldı
Gürcüstanda 16 milyard kubmetr qaz yatağının olduğu təsdiqlənib.
Globall.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Neft və Qaz Agentliyinin rəhbəri Giorgi Tatişvili medialara müsahibəsində bildirib.
Tatişvili qeyd edib ki, təbii qaz yataqları Tbilisi yaxınlığında "Schlumberger" şirkəti tərəfindən aparılan araşdırmalar nəticəsində təsdiqlənib.
Onun sözlərinə görə, təbii qaz çıxarılacağı təqdirdə ölkənin 8 il ərzində təbii qaza olan tələbatını tam ödəyə biləcək.
Qeyd edək ki, “Schlumberger” şirkəti 2018-ci ildən Gürcüstanda təbii qaz ehtiyatlarının axtarışını aparır.
Oxunub: 271
Xəbəri paylaş
Paylaş: