Ukrayna Xersonda silah-sursat anbarını vurdu
- VİDEO
Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Novaya Kaxovka şəhərində silah-sursat anbarını vurub.
Bu barədə məlumatı ölkənin “Cənub” operativ komandanlığı yayıb.
Məlumata görə, Ukrayna ordusunun raket-artilleriya bölmələrinin endirdiyi zərbələrdən sonra sözügedən silah anbarında güclü partlayış və yanğın baş verib.
Hadisə nəticəsində ölən və yaralananların olub-olmaması barədə hələ ki məlumat verilməyib.
Xatırladaq ki, Rusiya ordusu hərbi əməliyyat zamanı Ukraynanın Xerson vilayətinə nəzarəti ələ keçirib.
***
Kaxovka bölgəsinin hərbi-mülki administrasiyasının rəhbəri Vladimir Leontyevin sözlərinə görə, Novaya Kaxovkaya endirilən zərbə zamanı 7 nəfər ölüb, təqribən 40 nəfər isə yaralanıb.
***
Hadisə nəticəsində xəsarət alanların sayı təqribən 80-ə çatıb. Bununla yanaşı, 7 nəfərin itkin düşdüyü bildirilir.
“TASS”ın məlumatına görə, zərbə zamanı həlak olanların ailələrinə 2 milyon rubl, xəsarət alanlara isə 400 min rubl həcmində təzminat ödəniləcək. (qafqazinfo)