Ukraynalıları təhqir edən rusiyalı zabit öldürüldü

Ukrayna əsgərləri Rusiyanın Murom rayonundan olan 27 yaşlı zabit Andrey Piçuqini məhv ediblər.
Globall.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Ştefan Tvitter-də yazıb.
Bildirilir ki, öldürülən rus zabit sosial şəbəkələrdə daim ukraynalıları təhqir edirmiş.
Rusiya mətbuatı Piçuqinin həyat yoldaşı, 3 yaşlı qızı və 6 aylıq oğlu olduğunu yazıb.
O, Rusiya Federasiyası Silahlı Qüvvələrinin baş leytenantı olub.
Andrey Piçuqin ölümündən sonra vətənində "Cəsarət" ordeninə təqdim edilib.
Oxunub: 246
Xəbəri paylaş
Paylaş: