Rusiya Vinnitsaya raket atdı - 20 ölü, 90 yaralı

Rusiya hərbi qüvvələrinin Ukraynanın Vinnitsa şəhərinə raket zərbələri endirməsi nəticəsində 20 nəfər ölüb, 90 nəfər yaralanıb.
Globall.az xəbər verir ki, bu barədə Vinnitsa vilayətinin prokurorluğu məlumat yayıb.
Rusiyanın atdığı "Kalibr" raketlərindən birinin zabitlər evinə, digərinin isə hərbi komissarlığın ərazisinə düşdüyü xəbər verilir.
Partlayış zamanı 25 avtomobilin də yandığı bildirilir.
Məlumata görə, Vinnitsa Regional Prokurorluğunun rəhbərliyi altında “qəsdən adam öldürmə”, “müharibə qanunlarının və adətlərinin pozulması” maddələri üzrə cinayət işi başlayıb.
Oxunub: 211
Xəbəri paylaş
Paylaş: