BDU-nun müəllimi VƏFAT ETDİ
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Ayaz Musayev vəfat edib.
Bu barədə Globall.az-a onun həmkarları məlumat verib.
Bildirilib ki, A.Musayev 75 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Ayaz Musayev 1947-ci ildə Bakı şəhərində anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun teatrşünaslıq ixtisası üzrə bitirib. 1970-1972-ci illərdə Azərbaycan Jurnalistlər Birliyi, "Müxbir", 1973-1974-cü illərdə Azərbaycan Mətbuat Nazirliyinin "Kitablar aləmində" jurnallarında ədəbi işçi vəzifələrində çalışıb. 1974-2004-cü illərdə "İşıq" nəşriyyatında redaktor, böyük redaktor, redaksiya müdiri vəzifələrində işləyib. 1977-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 2004-cü ildən BDU-da Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim işləyib.