Bolqarıstanda zəlzələ - insanlar küçəyə axışdı

Bolqarıstanda 4,5 bal gücündə zəlzələ olub.
“Qafqazinfo” xəbər verir ki, yeraltı təkanlar paytaxt Sofiyadan 138 kilometr məsafədə yerləşən Plovdiv şəhərində qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.
Qeyd edilir ki, Plovdiv şəhər sakinləri evlərini tərk edərək küçələrə axışıblar. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.
Oxunub: 476
Xəbəri paylaş
Paylaş: