Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • Ali dini liderin gizli imperiyası və ya İranda nəhənglərin döyüşü başladı
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • PREZİDENT NAZİRİ QƏBUL ETDİ, MƏMURLARI HƏDƏLƏDİ: "Ən vacibi odur ki, get təmiz işlə, rüşvət alma..."
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • İran Dağlıq Qarabağda caynaqlarını işə salıb – 13-cü əsrdə tikilən Xudafərin körpüsündən keçirlər /FOTO-VİDEO

    • Tarix: 1-05-2020, 23:35


    Görünür İranın caynaqları bir regionda nəzarəti itirən kimi dərhal hansısa başqa regionda nəzarəti əlinə alır.
    Ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağ belə ərazilərdən biridir.
    Bu barədə yazıçı-tədqiqatçı Herold Keynin “İslam Respublikası” məqaləsində bəhs olunub.
    Globall.az oxu.az-a istinadla həmin paylaşımın məzmununu təqdim edir.

    Ötən həftə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi katerləri ABŞ Hərbi Dəniz Donanmasını və sahil mühafizəsinin gəmilərini Fars körfəzində izləyib.


    General Cek Kin televiziya vasitəsilə izləyiciləri bu sözlərlə sakitləşdirib: “Narahat olmayın, bizim donanmamızın İranın nəzarətdən çıxmaq halı ilə bağlı hazırlanmış öz qarşılıqlı fəaliyyət qaydaları var”.
    Həmin həftə xalq üçün keçirilən koronavirusla bağlı gündəlik brifinqlərin birində Prezident Donald Tramp bu sözlərlə öz əminliyini nümayiş etdirib: “Mən vəzifəyə gələndə İran bütün Yaxın Şərqi tutmağa hazırlaşırdı, ancaq indi sadəcə sağ qalmaq istəyirlər, ... çox güman ki, indi onlar bizimlə qarşılaşmaq istəmirlər”.
    Daha sonra mən Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş Qarabağ regionuna yanacaq çatdıran İrana məxsus, SEPAH-ın dəstəklədiyi yük maşınları ilə bağlı düşünməyə vadar edən məlumatlara rast gəldim. Burada verilməli olan sual ondan ibarətdir ki, nəyə görə dünyanın bütün müsəlmanlarının qondarma qoruyucusu onun dünyəvi şimal qonşusu, əhalisinin əksəriyyəti müsəlman-şiələr olan Azərbaycan Respublikasına məxsus ərazilərin ermənilər tərəfindən davam edən işğalını dəstəkləyir.
    İran Azərbaycanla 611 kilometr sərhədə malikdir, 1988-1994-cü illər Dağlıq Qarabağ müharibəsi nəticəsində bu sərhəd bölgəsinin əhəmiyyətli hissəsi Azərbaycanın qanuni nəzarətindən çıxarılıb. Ermənistan təcavüzkar şəkildə soxularaq Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonun daxil olduğu 20 faiz suveren ərazisini işğal etdi.
    Müharibə nəticəsində 800 mindən çox Azərbaycan vətəndaşı bu işğal olunmuş ərazilərdən qovuldu. Və bu günə qədər də onlar hələ də bütün Azərbaycana səpələnmiş məcburi köçkünlərdir.
    İşğaldan sonra Ermənistan Azərbaycanın qeyri-qanuni işğal olunmuş ərazilərində indi “Arsax Respublikası” adlandırılan qondarma “Dağlıq Qarabağ Respublikası” yaratdı. Qeyd etmək vacibdir ki, Ermənistan tərəfindən işğal edilmiş region beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi hesab olunur və qondarma “Arsax Respublikası” dünyanın heç bir ölkəsi tərəfindən tanınmır.


    Beləliklə, Ermənistanın Meğri şəhəri ilə Azərbaycanın Horadiz şəhəri arasında uzanan İran-Azərbaycan sərhədinin Ermənistan tərəfindən nəzarət edilən 132 kilometrlik  hissəsi Tehranın qondarma “Dağlıq Qarabağ Respublikası” ilə birləşdiyi yerdir.
    13-cü əsrdə inşa edilən, Araz çayı boyunca uzanan və İranı Azərbaycanın işğal edilmiş Cəbrayıl bölgəsi ilə birləşdirən Xudafərin körpüsünə İran riyakarlığının nümunəsi kimi baxmaq olar. Yazıçı-tədqiqatçı Herold Keyn özünün “İslam Respublikası” məqaləsində İranın ləyaqət və nizam-intizam ölkəsi olduğunu iddia etməsinə baxmayaraq, eyni zamanda narkotik maddələri, silah və yanacağı bu qanunsuz sərhəd keçidi vasitəsilə daşıdığını qeyd edir.

    İranla Dağlıq Qarabağ arasındakı əsas keçid məntəqəsi olan Xudafərin körpüsü beynəlxalq hüquqa əsasən qanunsuz hesab olunur. Beləliklə, dünyanın hüquq-mühafizə orqanlarının əhatə dairəsindən uzaq olan ərazi bəzən faydalı olur.
    SEPAH-ın nəzarətində olan Tehran uzun müddət bu marşrutdan Əfqanıstandan son təyinat məntəqəsinə - Avropaya qanunsuz narkotik trafiki üçün istifadə edib.
    İranda dövlət nömrə nişanlı yük maşınları sürən İran qaçaqmalçıları açıq şəkildə narkotik maddələri Araz çayı üzərindən Dağlıq Qarabağa və arxa giriş vasitəsilə Avropaya daşıyır.
    Çılğın islam teokratiyası olan İran və xristian millətli Ermənistan qəribə cütlük təşkil edir. Ancaq görünür, pullar danışır...


    Etnik azərbaycanlılara əsaslanan “Araz News” müstəqil informasiya mənbəyinin məlumatına görə, SEPAH qanunsuz narkotik dövriyyəsi ilə yanaşı həmçinin Ermənistan tərəfindən işğal edilən Qarabağ bölgəsinə yanacaq, ərzaq məhsulları, tikinti materialları və s. daşınmalarına da cavabdehlik edir.
    Ermənistana və Qarabağın işğal olunmuş ərazisinə göndərilən yük maşınlarının əksəriyyəti İranın şimal-qərb şəhərləri olan Sufiyan və Təbrizdə yerləşən “Nasr Novin Mishu” şirkətinə məxsusdur. “Nasr Novin Mishu” şirkəti İranın şimal-qərbində SEPAH-ın egidası altında fəaliyyət göstərən “Nasr” şirkətinin törəmə şirkətlərindən biridir.  
    Mənbələrimə əsasən, İranın şimal-qərb hissəsindən gələn yük maşınları ən azı iki fərqli marşrutdan istifadə edərək Qarabağ bölgəsinə daxil olur, bununla yanaşı peyk görüntülərində iki kəsişmə nöqtəsi göstərilir. Ən çox yayılmış marşrutlardan biri Təbrizdən Ermənistanla İranın sərhədinə, Meğriyə tərəf gedən və “Dağlıq Qarabağın paytaxtı” Stepanakertə aparan Gorus-Laçın şossesidir.
    İkinci marşrut İranın Ərdəbil əyalətindəki Xumarlının şimal-şərqindən 1990-cı illərin əvvəllərindən bəri Ermənistan tərəfindən nəzarət edilən İran-Azərbaycan sərhədinin bir hissəsini keçən Azərbaycanın Cəbrayıl rayonuna aparır. Bu keçid məntəqələri İran tərəfdən M12 avtomobil yoluna bağlıdır.

    Səs-küy yaradan videokadrlar

    Rüfət Əhmədzadənin bir məqaləsini oxuduqdan sonra izlədiyim son görüntülərdə işğal olunmuş Azərbaycan ərazilərinə yanacaq və ərzaq məhsulları daşıyan İran nömrəli yük və minik avtomobilləri göstərilir.
    Bakı görüntülərə sərt reaksiya verdi və İrandan rəsmi araşdırma tələb etdi. İran bu iddiaları qəti şəkildə rədd etdi.
    Bu video İranın Qarabağdakı qanunsuz erməni rejiminin həyati-vacib resurslarla təmin edilməsində davam edən iştirakından bəhs edir. 
    Təəssüf ki, Tehran Bakıya münasibətdə ikibaşlı siyasət aparır. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini iddia edir, eyni zamanda İranın yük maşınları və avtomobillərinin bölgəyə daxil olmasına icazə verir, BMT tərəfindən pislənən Ermənistanın Azərbaycan torpaqlarını işğalını susaraq dəstəkləyir.

    Sanksiyalar

    Prezident Tramp Amerika Birləşmiş Ştatlarını İranla nüvə sazişi kimi tanınan Hərtərəfli Birgə Fəaliyyət Planından (JCPOA) çıxardı və İrana qarşı sərt sanksiyalar tətbiq etdi.
    İran rejiminin yaxşı hiss etdiyi artan təzyiqlər şəraitində İran rəsmiləri sanksiyalardan yayınmaq üçün alternativ yollar axtarır.
    İslam Respublikası ABŞ və beynəlxalq ictimaiyyətin sanksiyalardan qaçmaq üçün Ermənistanda və işğal altındakı Qarabağ bölgəsindəki banklardan çoxdan istifadə edir.
    2019-cu ilin avqustunda ABŞ Ticarət Departamenti qara siyahıya alınmış İran şirkətləri ilə əlaqəli erməni və gürcü şirkətlərinə qarşı sanksiya tətbiq etdi. Ermənistanın xarici siyasəti Moskva və Tehranla üst-üstə düşür. Onun İrandan asılılığı Qərbin Cənubi Qafqazda və Xəzər bölgəsində maraqlarına ciddi təhlükə yaradır.

    Arenadakı geosiyasi faktorlar

    Azərbaycan və Ermənistanla münasibətlərdə Tehranın geosiyasəti dəyişkən xarakter daşıyır: onun milli maraqlarına əsaslanan rəsmi siyasi xətt olduqca praqmatikdir. Tehran, şimal sərhədində çox sayda azərbaycanlı əhalisi olan güclü bir Bakının İrandakı azərbaycanlıların hüquqlarının fəal müdafiəçisi ola biləcəyindən qorxur. İslam Respublikası yaxşı bilir ki, etnik azlıqların hüquqlarının pozulması onlarla Tehran arasında inamsızlıq yaradıb. İranın azərbaycanlı əhalisi - əsasən İranın şimal-qərb əyalətlərində yaşayan təxminən 30 milyon insan buradakı ən böyük qeyri-fars etnik qrupdur. Sovet İttifaqının dağılmasından və Şimali İranla həmsərhəd olan dünyəvi Azərbaycan Respublikasının qurulmasından sonra İranın öz ərazisində potensial “Azərbaycan separatizmindən” qorxması tamamilə mümkündür.

    Ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağ

    İranın şimal-qərb bölgəsi ilə həmsərhəd olan Azərbaycan torpaqlarına Ermənistanın nəzarət etməsi Tehran üçün faydalı görünür. Bu, Azərbaycanla İranın azərbaycanlıların yaşadığı şimal-qərb bölgələri arasında “bufer zona” yaradır. Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın lehinə istənilən həlli İranın da maraqlarına cavab verməyə bilər. Ermənistanın işğal etdiyi İranla həmsərhəd olan Azərbaycanın rayonlarındakı mövcud status-kvo Tehranın milli təhlükəsizlik problemini “həll edir”.
    1990-cı illərin əvvəllərində özünün ikinci müstəqillik elanından bu yana Azərbaycan İranın düşmən hesab etdiyi ABŞ və İsrail də daxil olmaqla Qərblə strateji əlaqələrə diqqət yetirməyi seçib. İran daxilindəki Azərbaycan separatizmi qorxusu, Bakıda hakimiyyətin dünyəvi xarakteri və Qərblə sıx tərəfdaşlığı İran və Ermənistan arasında davamlı bir ittifaqın yaranmasına şərait yaradıb. “Düşmənimin düşməni mənim dostumdur” atalar sözü İran ilə Ermənistan arasındakı əlaqəni aydın şəkildə təsvir edir. İran hətta o qədər irəli gedib ki, Azərbaycandakı radikal şiələrə və separatçı qruplara dəstək verir.
    İndiyə qədər Azərbaycan ABŞ və İsraillə açıq strateji tərəfdaşlığını bir qədər tarazlaşdırıb, İranla normal mehriban qonşuluq münasibətlərini elə qoruyub saxlayıb ki, hətta müsəlman  çoxluğa malik cəmiyyətlər arasında İsrailin ən yaxın müttəfiqi olmasına baxmayaraq, bu günə qədər orda diplomatik nümayəndəlik açmayıb.
    İranın artan təcavüzkarlığını nəzərə alaraq, hesab edirəm ki, Bakı yaxın günlərdə  İsraildə səfirlik açmalı və qarşılıqlı faydalı İsrail-Azərbaycan hərbi kəşfiyyat tərəfdaşlığı və əməkdaşlığının intensivləşdirilməsi üçün növbəti addımlar atmalıdır. İranın hazırkı fəaliyyəti mənə bu məsəli xatırladır: “Pişik yoxa çıxanda, siçanlar oynamağa başlayacaq”. Dünya pis aktyorlara mənfəət əldə etmək imkanı verdiyi düşünülən koronavirusdan müdafiə ilə məşğuldur.
    Nəzarət olmasa, xüsusən onlar qaydaları görməzdən gələrsə və pozurlarsa, ağıllarına gələn hər şeyi edəcəklər. İran və Ermənistan arasındakı əlaqə buna parlaq nümunədir.

    Oxunub: 1 421
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.